Xocalı soyqırımı ilə bağlı Vladivostokda anım tədbiri təşkil edilib
Xocalı soyqırımı ilə bağlı Vladivostokda anım tədbiri təşkil edilib
2024
Xocalı soyqırımı ilə bağlı Vladivostokda anım tədbiri təşkil edilib
Rusiya Federasiyasının Vladivostok şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Rusiya Federasiyasının Vladivostok şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
📌https://t.co/gdP8pPcXdc#JusticeforKhojaly #Khojaly #KhojalyGenocide #XocalıyaƏdalət pic.twitter.com/fGfyXKQwYP— Azerbaijani Diaspora (@DiasporaAz) February 29, 2024
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Primorsk diyarının Milli-Mədəni İctimai Təşkilatının (Azərbaycan Konqresi) sədri Mərdan Novruzov, gənc diaspor nümayəndəsi Firudin İbadov, Rufiz Məmmədov və digərləri çıxış edərək, beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımı ilə bağlı qətiyyətli addımlar atılmasını tələb ediblər. Tədbirdə çıxış edən diaspor fəalları Xocalı soyqırımının şahidlərinin müdhiş fevral gecəsi ilə bağlı xatirələrini bölüşüblər. Xalqımızın Ermənistan tərəfindən törədilən, mülki əhalinin hədəf alındığı hərbi cinayətləri heç vaxt unutmayacağı vurğulanıb, dəhşətli faciənin baiskarlarının mütləq cəzalandırılacağına, ədalətin gec-tez bərqərar olacağına inam ifadə olunub. Tədbirin sonunda Xocalı qurbanlarının ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/xocali-soyqirimi-ile-bagli-vladivostokda-anim-tedbiri-teskil-edilib-4331