Türkiyənin İstanbul şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VII hesabat-seçki qurultayı keçirilib.

İki gün davam edən qurultayda TADEF-ə üzv olan 24 dərnəyi təmsil edən 106 nümayəndədən 90 nəfəri istirak edib. 24 dərnəkdən 5-i İstanbul, 3-üQars, 3-ü Ankara, 2-si Adana, 2-si Kocaeli şəhərlərini, Eskişehir, Bilecik, Karabük, Antalya, Ədirnə, Hatay, Balıkəsir, Manisa va İzmir şəhərlərinin hər birini isə bir dərnək təmsil edib.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki qardaş ölkənin azadlığı və müstəqilliyi uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi anılıb.

Daha sonra TADEF rəhbərliyinin hesabatı dinlənilib, federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib. Qurumun yeni İdarə Heyəti və digər seçkili qurumları formalaşdırılıb. İş adamı Ədalət Turan yekdiliklə yenidən növbəti müddətə TADEF rəhbəri seçilib.Çıxışlarda Azərbaycan diaspor təşkilatlarının öz fəaliyyətlərində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin diqqət və qayğısını hiss etdikləri vurğulanıb, Türk Dünyasının birliyi naminə iki qardaş ölkənin başçılarının siyasətinə dəstək ifadə olunub.

Qurultaydan sonra TADEF-in yeni İdarə Heyətinin toplantısı keçirilib. İclasda Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə Böyük Millət Məclisinin deputatı, Milliyyətçi Hərəkat Partiyasınınsədr müavini İlyas Topsakal da iştirak ediblər. Komitə sədri çıxışında qurultayın uğurla baş tutması münasibətilə TADEF-ə üzv olan dərnəklərin üzvlərini təbrik edib, yeni seçilmiş İdarə Heyətinə fəaliyyətində uğurlar arzulayıb, növbəti mərhələdə qarşıda duran problemlərdən və onların həlli yollarından söz açıb. Qeyd edib ki, Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində Prezident İlham Əliyevin “Bizim bir ailəmiz var, o da Türk Dövlətləri Təşkilatıdır” fikrini əsas tutmalı, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin diaspor təşkilatları ilə əlaqələri dərinləşdirməli və vahid platformadan çıxış etməlidirlər.

Sonda bir qrup diaspor fəalına təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.
Abdullah Yiğit-İstanbul




Nizhny Novgorod Bölgesi’ndeki Dzerzhinsk şehrinde, Birleşik Rusya partisinin “Küçük Vatanın Kültürü” projesi kapsamında Turandot’un bir gösterimi yapıldı
Birleşik Rusya, Syktyvkar’daki ücretsiz buz pateni pistlerinin hazır olup olmadığını inceledi
Asfa Holding Yönetim Kurulu Başkanı Asaf Atasoy `dan Regaib Kandili Mesajı
Самарские единороссы направили 20 тонн стройматериалов для восстановления Курской области
Murmansk Oblastı’ndaki Monchegorsk şehrinde, Birleşik Rusya, Büyük Vatanseverlik Savaşı Kahramanlarından birinin anısına bir duvar resminin açılışını yaptı
В Североморске при поддержке «Единой России» прошли детские лыжные старты