Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Antalya °C

İsveçdəki diaspor fəalı Bələdiyyə Şurasının üzvü seçilib

İsveçdəki diaspor fəalı Bələdiyyə Şurasının üzvü seçilib
REKLAM ALANI
09.12.2023
A+
A-

 

 

 

İsveçdəki diaspor fəalı Bələdiyyə Şurasının üzvü seçilib

2023

İsveçdəki diaspor fəalı Bələdiyyə Şurasının üzvü seçilib

İsveçdə yaşayan Azərbaycan icmasının fəal üzvü Turan Əliyev Partille şəhər Bələdiyyə Şurasının mandatını qazanıb.

 

 

 

Bu münasibətlə üzvü olduğu və seçkilərdə təmsl etdiyi “Mərkəz” (Centerpartiet) Partiyası soydaşımızı təbrik edib. Partiyanın təbrikində nəzərə çatdırılıb ki, həmyerlimiz Partilledə qaçqın həyatından nüfuzlu siyasətçiyə qədər uzun yol keçib. Bələdiyyə üzvü kimi mühüm təşəbbüslərlə çıxış edib və böyük əhəmiyyət kəsb edən işinə sadiqliyini nümayiş etdirib.

 

 

 

Qeyd edək ki, Bələdiyyə Şurası bələdiyyənin işinə rəhbərlik və koordinasiya edir.

Turan Əliyev 22 yanvar 1983-cü il tarixində Naxçıvanın Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin məzunudur. 2005-ci ildən İsveçdə yaşayır. Bu ölkədəki siyasi fəaliyyətinə “Mərkəz” (Centerpartiet) Partiyasına 2017-ci ildə üzv olmaqla başlayıb. Hazırda partiyanın yerli təşkilatının İdarə Heyətinin üzvüdür. 2018-ci ildən etibarən mütəmadi olaraq parlament və bələdiyyə seçkilərində partiyanın namizədi olaraq iştirak edir və seçicilərin etimadını qazanır. Bələdiyyə Məclisinin tikinti və ətraf mühitin mühafizəsi komitəsinin və Bələdiyyə Şurasının komissarı, seçki komissiyasında, mədəniyyət və asudə vaxt idarəsində partiyanın təmsilçisi, Höteborq bölgəsi üzrə İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinin üzvüdür.

Diasporla İş üzrə Dövlət Komitəsi bu münasibətlə Turan Əliyevi təbrik edir, siyasi karyerasında davamlı və parlaq uğurlar qazanmağı arzulayır.

 

 

 

 

 

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/isvecdeki-diaspor-feali-partil-belediyye-surasinin-uzvu-secilib-3913

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.