Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Antalya °C

İsrailin Rişon LeZion şəhərində Xocalı soyqırımının qurbanları yad edilib

İsrailin Rişon LeZion şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
REKLAM ALANI
04.03.2023
A+
A-

 

 

 

İsrailin Rişon LeZion şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
, 2023
İsrailin Rişon LeZion şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
İsrailin tarixi və mədəni mərkəzlərindən biri olan Rişon LeZion şəhərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbirı keçirilib.

Qonaqları salamlayan “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində aralarında qoca, qadın və uşaqların da olduğu dinc sakinlərin erməni hərbi birləşmələri tərəfindən qəddarcasına qətlə yetirilməsi barədə məlumat verib.

Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Rişon LeZion şəhərinin vitse-meri Mixail Raif və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov çıxış ediblər.

Azərbaycanın İsrailə yeni təyin olunmuş səfirinin ilk dəfə rəhbərlik etdiyi şəhərin tədbirində iştrakından məmnunluq duyduğunu vurğulayan Mixail Raif bildirib ki, Xocalı faciəsi kimi insanlıq əleyhinə olan cinayətlərin gələcəkdə təkrarlanmaması naminə qətliam qurbanlarının xatirəsi daim xatırlanmalıdır.

Tədbir iştirakçılarına Azərbaycan və rus dillərində müraciət edən səfir Muxtar Məmmədov tədbirin Xocalı faciəsinin xatırlanması, eləcə də Azərbaycan həqiqətlərinin, tarixi və mədəni irsinin təbliği, Cənubi Qafqazda mövcud olan geosiyasi durumun anlaşılması baxımından vacib olduğunu vurğulayıb. Azərbaycan səfirliyinin ölkələrimiz və xalqlarımız arasında mövcud olan dost və səmimi münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət gösərəcəyini söyləyib.

Sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə ərsəyə gətirilən “Azərbaycan tarixi” seriyasından “Xocalı soyqırımı” sənədli filmi nümayiş olunub.

Anım konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının məzunu, Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, piano ifaçısı Nərmin Rzayeva çıxış edib. Pianoçu Avropa və Azərbaycan bəstəkarları Frederik Şopen, Lüdviq van Bethoven, Qara Qarayev, Vaqif Mustafazadə, Sevda İbrahimova və Faiq Sücəddinovun əsərlərini ifa edib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının tşkilatçılığı ilə İsrailin şimalındakı “Kibbutz Jezreel” konservatoriyasında, Yerusəlimdəki Pisqat Zeev Mədəniyyət Mərkəzində və Rişon Le Ziondakı Beyt-a-Am Mərkəzində baş tutan tədbirlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilib.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/israilin-rison-lezion-seherinde-xocali-soyqiriminin-qurbanlari-yad-edilib-2529

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.