Haaqada “Leyli və Məcnun” nümayiş olunub
2025
Haaqada “Leyli və Məcnun” nümayiş olunub
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə Niderlandın Haaqa şəhərində Azərbaycan musiqisinin incisi sayılan “Leyli və Məcnun” operası nümayiş olunub.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
https://x.com/DiasporaAz/status/1967588695957233896
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi yad edilib.
https://x.com/DiasporaAz/status/1967588695957233896
Ölkəmizin Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxış edərək Azərbaycan müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin milli musiqimizin dünyada tanıdılmasına və azərbaycançılıq məfkurəsinə verdiyi töhfələrdən danışıb. Bəstəkarın doğulduğu Şuşada yubiley tədbirlərinin keçirilməsinin tarixi və mənəvi əhəmiyyət daşıdığını qeyd edib, bunun həm də qayıdışımızın rəmzi olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri, musiqiçi Firəngiz Bağırova “Leyli və Məcnun” operasının tarixi əhəmiyyətindən söz açıb. Bu əsərin yalnız Azərbaycanın deyil, bütün Şərq dünyasının ilk operası kimi musiqi tarixində silinməz izlər qoyduğunu deyib.
https://x.com/DiasporaAz/status/1967588695957233896
Tədbirin bədii hissəsində Niderland və Almaniyada yaşayan azərbaycanlı musiqiçilərin ifasında “Leyli və Məcnun” operasından təqdim olunan parçalar böyük maraqla qarşılanıb. Leyli obrazını Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Vüsalə Cabir, Məcnun obrazını isə sənətçi Nəhmətəğa Əliyev canlandırıblar. Onları tarda Cavid Səlimov, pianoda isə Səbinə Məmmədova müşayiət edib.
Gecənin sonunda bu tədbirin ərsəyə gəlməsində əməyi olan Firəngiz Bağırovaya, ifaçılara və musiqiçilərə xüsusi təşəkkürnamələr təqdim olunub.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1967588695957233896
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/haaqada-leyli-ve-mecnun-numayis-olunub-6105
https://x.com/DiasporaAz/status/1967588695957233896
Nizhny Novgorod Bölgesi’ndeki Dzerzhinsk şehrinde, Birleşik Rusya partisinin “Küçük Vatanın Kültürü” projesi kapsamında Turandot’un bir gösterimi yapıldı
Birleşik Rusya, Syktyvkar’daki ücretsiz buz pateni pistlerinin hazır olup olmadığını inceledi
Asfa Holding Yönetim Kurulu Başkanı Asaf Atasoy `dan Regaib Kandili Mesajı
Самарские единороссы направили 20 тонн стройматериалов для восстановления Курской области
Murmansk Oblastı’ndaki Monchegorsk şehrinde, Birleşik Rusya, Büyük Vatanseverlik Savaşı Kahramanlarından birinin anısına bir duvar resminin açılışını yaptı
В Североморске при поддержке «Единой России» прошли детские лыжные старты