Belçikada Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş tədbir keçirilib
2024
Belçikada Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş tədbir keçirilib
Belçika Krallığının paytaxtı Brüssel şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Belçikadakı Səfirliyinin və Fireland Belçika Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
https://x.com/DiasporaAz/status/1859953894690074826
Fireland Belçika Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva, Azərbaycanın Belçikadakı Səfirliyinin 1-ci katibi Tamerlan Babayev, Belçikada fəaliyyət göstərən “Mədəni” platformasının təsisçisi Emin Əliyev tədbirdə çıxış edib. Azərbaycan xalqının əzmi və iradəsi, müasir ordu quruculuğu diqqətə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti, hərbçilərimizin yüksək peşəkarlığı və qəhrəmanlığı sayəsində Vətən müharibəsi xalqımızın böyük zəfəri ilə başa çatdığı qeyd olunub.
https://x.com/DiasporaAz/status/1859953894690074826
Tədbir bədii hissə ilə davam edib. Niderlandda yaşayan həmyerlimiz Sadıq Ağamalıyev, Belçikada yaşayan Sabir Mustafayev və Mikayıl Babayev Azərbaycanın bəstəkarlarının əsərlərini, klassik və retro musiqiləri, xalq mahnılarını səsləndirilib. Fireland uşaq rəqs qrupu, Nigar Şükürova və Novruz Abdullayev müxtəlif rəqs nömrələri ifa edib. Çıxışlar qonaqların sürəkli alqışları ilə qarşılanıb.
Qarabağda yerləşən, Ermənistanın işğalı dövründə vandalizmə məruz qalan, hazırda bərpa və təmir olunan tarixi abidələrin, dini tikililərin əks olunduğu fotolardan ibarət sərgi və Azərbaycan mədəniyyətinə aid guşə iştirakçılarda böyük maraq doğurub.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1859953894690074826
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/belcikada-zefer-ve-dovlet-bayragi-gunlerine-hesr-olunmus-tedbir-kecirilib-5314
https://x.com/DiasporaAz/status/1859953894690074826
MEHMET KIZIL’DAN 1 MAYIS EMEK VE DAYANIŞMA GÜNÜ KUTLAMA MESAJI
NESLİHAN YÜRÜKSOY’ DAN 1 MAYIS EMEK VE DAYANIŞMA GÜNÜ KUTLAMA MESAJI
Message from Asaf Atasoy, Chairman of the Board of Directors of Asfa Holding, on the occasion of May 1st Labor and Solidarity Day.
Birleşik Rusya’nın desteğiyle Moskova’da bir dövüş sanatları turnuvası düzenlendi
İletişim, ulaşım, ocaklar ve ilaç: Birleşik Rusya, Kuzeydoğu Askeri Bölgesi’ndeki insani yardım misyonuna devam ediyor
Alexander Sidyakin: Her yıl milyonlarca insan Birleşik Rusya’nın Zafer Diktasına katılıyor