Azərbaycanlılar beynəlxalq şahmat turnirində qələbə qazanıb
Azərbaycanlılar beynəlxalq şahmat turnirində qələbə qazanıb
2024
Azərbaycanlılar beynəlxalq şahmat turnirində qələbə qazanıb
📌 https://t.co/gKtpGsfhqK pic.twitter.com/mFoO41TRFe— Azerbaijani Diaspora (@DiasporaAz) March 29, 2024
Azərbaycanlılar beynəlxalq şahmat turnirində qələbə qazanıb
2024-cü ilin mart ayında Serbiyanın Novi Sad şəhərində keçirilən Beynəlxalq Şahmat Ustası Turnirində azərbaycanlı Əhməd Əhmədzadə və Trinidad və Tobaqo Respublikası bayrağı altında çıxış edən soydaşımız Alan-Səfər Ramoutar müvafiq olaraq birinci və ikinci yeri tutublar.
Yarışda 10 şahmatçı mübarizə aparıb. 9 raunddan ibarət olan turnirdə Əhməd Əhmədzadə 5 qələbə və 4 heç-heçə, Alan-Səfər isə 5 qələbə və 3 heç-heçə nəticə göstərib. Əhməd Əhmədzadə turnirdə birinci yeri, Alan-Səfər isə yarım xal fərqlə ikinci yeri qazanıb.
Hazırda şahmat üzrə Beynəlxalq Usta (İnternational Master) titulu olan soydaşımız Alan-Səfər Qrossmeyster (Grandmaster) titulu almaq uğrunda əzmlə çalışır.
Qeyd edək ki, Alan-Səfərin anası Emiliya Əhmədova yazıçı kimi fəaliyyət göstərir. O, “Broken Chains” (“Qırılmış zəncirlər”), “A Hell For All Seasons” (“Bütün mövsümlərdə cəhənnəm”), “My Twin Sister And Me” (“Əkiz bacım və mən”), “Caribbean Tears” (“Karib göz yaşları”), “Benji And Pals” (“Benci və dostları”) adlı kitabların müəllifidir.
FOTO QALEREYA
Azərbaycanlılar beynəlxalq şahmat turnirində qələbə qazanıb
📌 https://t.co/gKtpGsfhqK pic.twitter.com/mFoO41TRFe— Azerbaijani Diaspora (@DiasporaAz) March 29, 2024
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanlilar-beynelxalq-sahmat-turnirinde-qelebe-qazanib-4466