Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Antalya °C

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mərkəzi Seçki Komissiyası ilə birgə ölkəmizin diplomatik missiyaları üçün keçirdiyi seminara dair mətbuat məlumatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mərkəzi Seçki Komissiyası ilə birgə ölkəmizin diplomatik missiyaları üçün keçirdiyi seminara dair mətbuat məlumatı
REKLAM ALANI
26.01.2024
A+
A-

 

 

 

 

No:029/24, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mərkəzi Seçki Komissiyası ilə birgə ölkəmizin diplomatik missiyaları üçün keçirdiyi seminara dair mətbuat məlumatı

 

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Mərkəzi Seçki Komissiyası ilə birgə 2024-cü ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermə hüquqlarının təmin edilməsi məqsədilə ölkəmizin diplomatik missiyalarının əməkdaşları üçün 22 yanvar 2024-cü il tarixində video-konfrans formatında seminar təşkil edib.

 

 

 

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbiri açaraq, 2024-cü ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi üçün ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsinin yaradıldığını qeyd edərək, xarici ölkələrdə seçkilərin təşkili ilə əlaqədar həyata keçirilmiş tədbirlər, o cümlədən beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı görülmüş işlər barədə məlumat verib.

 

 

 

Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov ölkə hüdudlarından kənarda seçkilərin təşkili ilə bağlı Xarici İşlər Nazirliyi ilə birgə görülməkdə olan işlər barədə məlumat verərək, seçkilərin xarici ölkələrdə keçirilməsi ilə əlaqədar ölkə qanunvericiliyinin normaları barədə geniş məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. R.Qasımov xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün səsvermənin təşkil edilməsi məqsədilə Xarici İşlər Nazirliyi ilə Mərkəzi Seçki Komissiyası arasında gündəlik əsasda intensiv əməkdaşlığın davam etdiyini və yaranan məsələlərin əlaqələndirilmiş qaydada həll olunduğunu vurğulayıb.

 

 

 

Seminar zamanı öncəki seçkilərdən fərqli olaraq bu seçkilərin keçiriləcəyi ölkələrin və xaricdə yaradılmış məntəqələrin sayında əhəmiyyətli artım olduğu və bunun da indiyədək keçirilmiş seçkilər üzrə ən yüksək göstərici olduğu bildirilmişdir.

 

 

 

Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov çıxış edərək, seçkilərin keçirilməsi ilə əlaqədar görüləcək işlər, həmçinin seçkilərin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyinin Fəaliyyət Planı və Nazirliyin nəzdində yaradılmış Qərargah barədə məlumat verdi.

 

Görüşün sonunda seçkilərin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının diplomatik missiyalarının çoxsaylı sualları cavablandırılıb.

 

 

 

Seminarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının aidiyyəti sahələr üzrə əməkdaşları və ölkəmizin xarici ölkələrdəki diplomatik missiyalarının səlahiyyətli nümayəndələri (video-konfrans formatında), o cümlədən diplomatik missiyalarda yaradılmış seçki məntəqələrinin aid olduğu dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

 

 

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no02924

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.