ABŞ-nin “Silikon vadisi”ndə Azərbaycan dilində “breyn rinq” intellektual oyunu keçirilib
ABŞ-nin “Silikon vadisi”ndə Azərbaycan dilində “breyn rinq” intellektual oyunu keçirilib
, 2024
ABŞ-nin “Silikon vadisi”ndə Azərbaycan dilində “breyn rinq” intellektual oyunu keçirilib
📌 https://t.co/QRiuZgXDM2 pic.twitter.com/FiyF9fJMFo— Azerbaijani Diaspora (@DiasporaAz) April 24, 2024
ABŞ-nin “Silikon vadisi”ndə Azərbaycan dilində “breyn rinq” intellektual oyunu keçirilib
Aprelin 21-i Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) təşkilatçılığı ilə baş tutan ikinci “Yaz Breyn Rinq” oyunu böyük uğurla başa çatıb. Oyunda 8 komanda iştirak edib.
Cəmiyyətin üzvləri və könüllüləri Nurlan Şükürlü və Ülvi Verdiyev tərəfindən təşkil olunmuş bu intellektual tədbir iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə çıxış edən Şimali Kaliforniya Mədəniyyəti Cəmiyyətinin prezidenti Aynur Ağayeva belə tədbirlərin icma üzvləri arasında sosiallaşmaya və asudə vaxtın səmərəli təşkilinə faydalı olduğunu bildirib.
Yarışmanın bədii hissəsində istedadlı gəncimiz Cavid Hüseynlinin skripkada ifası, Şimali Kaliforniya azərbaycanlılarının yeni yaradılmış, həvəskarlardan ibarət “Sound of fire” (“Alovun səsi”) musiqi qrupunun rəhbəri Anar Allahverdovun və onun qrupunun nağarada ifası yarış iştirakçılarının marağına səbəb olub.
Yarışın sonunda qalib “Billionaires” komandası olub. “Qaçaq Nəbi” komandası ikinci yeri, “Silikon Vadisi Azərbaycan” komandası isə üçüncü yeri tutub. Qaliblər sertifikat və medallarla təltif olunub. Birinci yerin sahibi “Billionaires” komandasına əlavə olaraq kubok və pul mükafatı verilib.
FOTO QALEREYA
ABŞ-nin “Silikon vadisi”ndə Azərbaycan dilində “breyn rinq” intellektual oyunu keçirilib
📌 https://t.co/QRiuZgXDM2 pic.twitter.com/FiyF9fJMFo— Azerbaijani Diaspora (@DiasporaAz) April 24, 2024
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/abs-nin-silikon-vadisi-nde-azerbaycan-dilinde-breyn-rinq-intellektual-oyunu-kecirilib-4578