Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Antalya °C

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Uzunmüddətli strategiya daxili resurslara hesablanıb”, Özel

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Uzunmüddətli strategiya daxili resurslara hesablanıb”, Özel
REKLAM ALANI
14.05.2023
A+
A-

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Uzunmüddətli strategiya daxili resurslara hesablanıb”, Özel

 

Millət vəkili Məşhur Məmmədov,

Bütün Azərbaycan, eləcə də dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. İlin əvvəlindən sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.
Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Ali Baş Komandanın başçılığı ilə müzəffər ordumuz bu arzunu yerinə yetirdi. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. Həmin gün xalqın qürurunun, mənliyinin, qalib xalq titulunun özünə qaytarıldığı gündür.
Zəfər qələbəsindən 2 ildən artıq vaxt ötür. Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir. Biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik. Aprelin 23-də vacib addımlardan biri atıldı, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi quruldu, orada Azərbaycan Bayrağı qaldırıldı, ərazi bütövlüyümüzü tam bərpa etdik. Cənab Prezident İlham Əliyevin Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirdə qeyd etdiyi kimi, tezliklə mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik.
Qələbədən sonra ölkəmiz qloballaşan dünyada söz sahibinə çevrilib. Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq.
Ulu Öndər Heydər Əliyevin neft strategiyası bu gün imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir.
Ölkəmizin geosiyasi önəmi yüksək dərəcədə artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha da geniş coğrafiyanı əhatə edəcək. Bu, həm bizə gəlir gətirir, həm bizim siyasi çəkimizi, həm də təsir imkanlarımızı artırır.
Azərbaycanın uzunmüddətli strategiyası çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, ancaq öz daxili resurslarımız hesabına yaşayaq və daxili resurslar hesabına Qarabağı, Zəngəzuru yenidən quraq.
Cənab Prezidentin dəfələrlə çıxışlarında qeyd etdiyi kimi, biz müstəqilik. Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. Sabit ölkə olduğu üçün ölkəmiz xarici investorların diqqətini cəlb edir.
Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan demokratik ölkədir, insanlar azad yaşayırlar. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu da dünyada bir nümunədir.
Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib. Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın ölkəmiz rəhbərlik edir. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Azərbaycan Avropa İttifaqına üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşdır.
Fəxrlə deyə bilərik ki, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir. Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox.
Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir. Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Qarabağın status məsələsi bizim üçün çoxdan bitib. İndi bizim üçün prioritet Qarabağda abadlıq-quruculuq işlərinin sürətləndirilməsidir. Şuşada keçirdiyimiz tədbirlər, festivallar tezliklə Xankəndi şəhərində də təkrarlanacaq.

 

Ülker Piriyeva/ Azerbaycan

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.